Bu sözləri bəstəkar-müğənni, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov deyib. O, öncədən hər ehtimalın nəzərə alındığını bildirib:
“Bu il səhnənin ötən dəfəkindən bir neçə dəfə böyük və hündür hazırlamaq qərarı verilmişdi. 2016-cı ildə festivalın başlanmasına bir gün qalmış hidrometeoroloji departamentdən bizə xəbər verdilər ki, güclü külək olacaq. Buna görə biz bəzi planlarımızı dəyişməli olmuşduq. Ona görə də bu il özümüzü sığortalamaq üçün əvvəlcədən küləyə qarşı xüsusi qoruyucu tikdik”.
Emin Ağalarov qonaqların gəlişindən də danışıb:
“Təşkilatçılardan biri mənəm və bütün məsuliyyətimlə işləyirəm. Sofiya Rotarunu hava limanında şəxsən özüm qarşılamışam. Mənim üçün ən vacib məqam qonaqların Bakıda da özünü evdəki kimi rahat hiss etmələridir. Həmçinin konsert proqramlarının uğurla keçməsini istəyirəm. Burda bir saniyə belə darıxmalarını istəmirəm. Bakı mənim evimdir. Festivalın, Bakının qonaqları mənim qonaqlarımdır.
Ağalarov ailəsinin festivaldakı iştirakı barədə isə bunu deyib: Açılış günü oğlanlarım mənimlə birgə qırmızı xalıya çıxdılar. Kameralar qarşısında sevinclə pozlar verməyə başladılar. Smokinq geyinmişdilər, dəbdəbəli görünürdülər. Uşaqlarım keçən il də bu festivala gəlmişdilər, bu il də onu həvəslə gözləyirdilər. Hələlik hər şey ürəyimizcədir”.
Qeyd edək ki, bu gün festivalın bağlanış mərasimi keçirilir.