31 İyul 2017 00:53
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jara” festivalının dördüncü günündə qırmızı xalı üzərindən keçid mərasimi zamanı aparıcılar musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.

Leyla Əliyeva aparıcıların bir neçə sualını cavablandırıb.

Aparıcı: Hamı, Azərbaycanın qonaqları, Bakının qonaqları bugünkü konsertin nə vaxt başlayacağını gözləyir. Baxın görün, hamı sizi necə sevir, sizi həmişə belə alqışlayırlar. Hamı sizinlə söhbət etmək, şəkil çəkdirmək istəyir. Deyin görüm, siz belə böyük sevginin öhdəsindən necə gəlirsiniz?

Leyla Əliyeva: Bu sözlərə görə sağ olun. Bu, çox böyük xoşbəxtlikdir.

Aparıcı: Sizin heyrətamiz şeirləriniz var. Mən sizin instaqram səhifənizə baxdım, çox şey oxudum. Sizi nə ruhlandırır?

Leyla Əliyeva: Həyat, məhəbbət, gözəllik – hər şey.

Aparıcı: Ona görə belə işıq saçırsınız? Gözəl insan hər cəhətdən gözəldir. Çox sağ olun.

Leyla Əliyeva: Sağ olun. Hamınıza gözəl axşam arzu edirəm.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər