31 İyul 2017 11:51
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 Avqust Milli Kino Günü ilə əlaqədar olaraq Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq artisti, kinorejissor Vaqif Behbud oğlu Mustafayev Milli Kino Mükafatına (2000 manat) layiq görülüb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, “Milli Kino Mükafatı” 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirində rejissora təqdim ediləcək.


Müəllif: Teleqraf.com