Teleqraf.com xəbər verir ki, bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri Xiyabanda maestronun məzarını ziyarət edəcəklər.
Niyazinin mənzil-muzeyində avqustun 2-dən start götürəcək “Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunacaq.
Niyazi 1984-cü il avqustun 2-də dünyasını dəyişib.