2 Avqust 2017 18:22
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 19-da, saat 19.19-da xalq artisti, qarmon ustası Ənvər Sadıqov 19 musiqi parçası ifa edəcək.

“Təəssürat” adlı solo-konsertə hazırlaşan qarmon ustası Teleqraf.com-a 19 rəqəminin özəlliyindən danışıb:

“19 rəqəmləri sanki özü-özünə ard-arda düzüldü... Əslində konsertin gününü mən təyin elədim. Düşündüm ki, avqustun 19-u şənbə günüdür, insanlar rahat dincələ bilərlər. Mən, Rahib Azəri, Emil Əfrasiyab, Şakirbəy Eminbəyli – dördümüz konsertlə bağlı müzakirələr aparırdıq.

Rahib Azəri təklif etdi ki, 19 kompozisiya ifa edim. Yadıma düşdü ki, ötən dəfəki “Təəssürat” konsertimdə də cəmi 19 kompozisiya vardı. Sonra Şakir bəy dedi ki, gəlin konsertin vaxtını da saat 19:19-a təyin edək. Düşündüm ki, onsuz da insanları 19:00-a çağıranda da konsert bir qədər ləng başlayır.

Qoy elə 19:19-a təyin edək. Beləcə, bir də gördük ki, 19 rəqəminin sehrinə düşmüşük”.

Qeyd edək ki, konsert Qəbələdə Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq.

51 yaşlı qarmon ustasının yaradıcılığına həsr olunan tədbirin media tərəfdaşı Milli Turizm Təbliğat Bürosudur.


Müəllif: Könül

Oxşar xəbərlər