Teleqraf.com xəbər verir ki, G.Məmmədova artıq nazirliyə borcunun qalmadığını bildirib.
“Vergi problemim nəhayət öz həllini tapdı. Nazirliyə borcum yoxdur. Məsələni qanun çərçivəsində yoluna qoyduq”.
Qeyd edək ki, bir müddət əvvəl Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlamışdı. Onlar arasında tanınmış sənət adamlarının, xalq və əməkdar artistlərin adı yer almışdı. Adı borclular siyahısında olan tanınmışlardan biri də xalq artisti Gülyanaq Məmmədova idi. Müğənni vergini vaxtında ödədiyini desə də, nazirlik böyük məbləğdə borcun yığıldığını demişdi.