Teleqraf.com xəbər verir ki, görüş həmin filmin mükafat qazandığı Karlovı Varıda baş tutub. Fanatla kumir arasındakı xoş görüşdə filmin operatoru Ayhan Salar tərcüməçilik edib.
Görüş bitincə hollandiyalı ssenari müəllifi xalq artistimiz haqqında bu sözləri yazıb:
“Alim Qasımov planetin ən gözəl ifaçılarından biridir. Bu gün günortadan sonra çay içdik. Pasxa Bazarı yaxınlığında konsert proqramına hazırlaşır. Onu burda gördüyümə şad oldum”.