4 Avqust 2017 15:00
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində amerikalı tələbələr ana dilimizdə mahnı oxuyublar.

Teleqraf.com xəbər verir ki, əcnəbi tələbələr Fikrət Qocanın sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Payız gəldi, uçdu, getdi quşlar” mahnısını ifa ediblər.

ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azerbaijani” (“Önəmli dil təqaüdü”) proqramının bağlanış mərasimində oxunan mahnı maraqla qarşılanıb.

Əcnəbilər bu maraqlı ifanı videoya da çəkiblər. Görüntüləri təqdim edirik.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər