Teleqraf.com xəbər verir ki, xanəndənin 50 yaşı tamam olur.
Aygün Bayramova 1967-ci ildə Ağdam şəhərində anadan olub.
1989-cu ildən Muğam Teatrının, uzun müddət Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.
“Leyli və Məcnun”operasının Leylisi olmuş Aygün Bayramova bu ilin mayında İran vətəndaşı olan iş adamı və ud ifaçısı Fəraməz Gərmrudi ilə ailə qurub.