Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının bu ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalı hesabatında yerləşdirilib.
Məlumatda qeyd edilib ki, bu ildə bu ölkələr qrupu üzrə ümumi artımın 1.7% proqnozlaşdırılır.
İcmalda qeyd edilib ki, son 2 ildə resessiya yaşayan Rusiyanın 2017-ci ildə 1.4%-lik artımla tənəzzül zolağından çıxacağı gözlənilir. Yaxşılaşan maliyyə şəraiti, məcmu tələbin canlanması və stabil neft-qaz qiymətləri iqtisadi dirçəlişi şərtləndirən əsas amillərdir. Rusiyadakı bərpa prosesinin investisiya, ticarət kanalları və pul baratları vasitəsilə digər region ölkələrinə də müsbət təsir göstərəcəyi ehtimal olunur”.