Teleqraf.com xəbər verir ki, bu qrup Balaklavada keçirilən “ZBFest-2017” musiqi festivalında iştirak etmək üçün Krıma gəlib. Konsert bitər-bitməz ukraynalılar musiqiçilərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
İlkin versiyalara görə, siyasi qaydaları pozduğuna görə bu qrupun üzvləri Ukrayna qanunvericiliyinə uyğun olaraq 8 il müddətinə azadlıqdan məhrum edə bilərlər.
Lakin alman hüquqşünaslar fərqli düşünür. Onlar hesab edirlər ki, “Scooter”ə ən pis halda 3 il müddətinə Ukraynaya girişi qadağan edə bilərlər.
Qeyd edək ki, qrupun Rusiya tərəfindən işğal olunmuş Krımda konsert verməsi ukraynalıların etirazına səbəb olub.