Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev sosial şəbəkədə qeyd edib.
O, müəllifi məşhur benqal yazıçısı Rabindranat Taqor olan Yanuş Korçakın Treblinkada uşaqlarla birlikdə tamaşasını hazırladığı kiçik “Poçt” pyesini dilimizə çevirdiyini bildirib:
“Dostum İntiqam Qasımzadə onu “Azərbaycan” jurnalında çap etdi. Nə yaxşı ki, uzun illər başımızı Makarenko və “Pedaqoji poema” haqqında nağıllarla qatsalar da, sonda belə böyük humanistləri tanımaq imkanımız oldu”.
Qeyd edək ki, Vilayət Quliyev 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2010-cu ildən Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.