Tamaşanın tərtibatçılarından olan Sürayə Əziz Teleqraf.com-a açıqlamasında bildirib ki, teatr festivala, Sergey Aleksandroviç Yeseninin “Qara adam” poeması əsasında hazırlanmış “Anqleter 1925” psixoplastik vəhy-mono tamaşası ilə qatılacaq.
Tamaşanın rejissoru Şamil İbrahimov, plastik həll üzrə rejissoru teatrın bədii rəhbəri, əməkdar artist Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Sürayə Əzizdir.
32-dən çox teatrın qatıldığı festivalda, 16 təlimçi və 10 ustad dərsləri arasında “Human” teatrının bədii rəhbəri Pərviz Məmmədrzayevin “bədən dili və aktyor oyunu” adlı ustad dərsi də yer alacaq.