Teleqraf.com xəbər verir ki, doğmaları və sənət dostları mərhum sənətkarı yad ediblər.
Xumar Zülfüqarova 2-ci dəfə insult keçirdikdən sonra iyulun 2-də 90 yaşında vəfat edib.
Azərbaycan səhnəsinin bir çox parlaq ulduzlarının müəllimi, respublikanın yüzlərlə xalq və əməkdar artistinin peşəkar pedaqoqu, Bakı Xoreoqrafiya Məktəbinin məzunu olan Xumar Zülfüqarova 1945-1966-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub.