28 Avqust 2017 14:47
2 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni layihəmizin adı “Düz bazar” olacaq. Bu, 2 saatlıq tok-şoudur. Sosial, əyləncə, mədəniyyət, musiqi... Proqram çərçivəsində hər şey olacaq. Tamaşaçılarım bilirlər ki, bütün mövzulara, baş verənlərə mənim fərqli baxışım olur. Bu dəfə də tamaşaçılar mənim mövqeyimi, yanaşma tərzimi görəcəklər. Ona görə də uyğun bir ad seçdik. Düz bazar günündə, düzgün baxış bucağı altında efirə çıxacağıq.

Bu sözləri Teleqraf.com-a açıqlama verən teleaparıcı Rövşanə Ağasəfqızı deyib.

O, məhz bazar günü efirə qayıtmasının səbəbini də açıqlayıb:

“Mən adətən efirə bazar günləri çıxmışam, insanlar da buna alışıblar. Lakin bir müddətdir istirahətdəydim, efirdə görünmürdüm. Xeyli tamaşaçım var ki, məni məhz bazar günləri ekranlarda görmək istədiklərini bildiriblər. Qərar verdik ki, tamaşaçıları çox da intizarda qoymayaq, efirimiz də məhz bazar günləri olsun.

Dəqiq tarix deyə bilməsəm də, sentyabrın ilk həftələrindən sonra efirə çıxmağı düşünürük”.

Rövşanə Ağasəfqızı daha əvvəl keçmiş ANS telekanalında “Bazar səhəri” proqramının aparıcısı olub.


Müəllif: Könül

Oxşar xəbərlər