Rejissor Nail Naiboğlu "Qafqazın əfsanəsi" adlı yeni film çəkir.
Teleqraf.com xəbər verir ki, film Qafqazda Kyokuşin karate üzrə yeganə dünya çempionu olan azərbaycanlı Səlahət Həsənova həsr edilib.
Nail Naiboğlu artıq çəkilişlərə başlandığını bildirib: “Filmdə həm sənədli, həm də bədi kadrlardan istifadə olunub. Bu günlərdə Yaponiyada “Karate life” dərgisi Səlahət haqqında böyük yazı dərc edib.
Burada idmançımız “Qafqazın əfsanəsi” kimi təqdim edilib. Buna görə də yeni filmim belə adlanır.
Film Azərbaycan Kyokuşin Federasiyasının sifarişi ilə çəkilir. Dekabrda onu təqdim etməyi planlaşdırırıq".