Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı yazar-jurnalist Dilqəm Əhməddir.
Yaxında öləcəyinizi bilsəydiniz:
- …son dəfə nə düşünərdiniz?
- Adım tarixdə qaldımı?..
- …hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?
- Yeməyə vaxt itirməzdim. Deyilənə görə, “o tərəfdə” üzüm bağları var. İnsan nə istəyirsə, o an hazır olur. Amma son kəs qırmızı şərab içərdim.
- …kiminlə görüşmək istəyərdiniz?
- Adını çəkmək istəmədiyim bir qadınla…
- …son kəs kimi öpərdiniz?
- Son dəfə görüşdüyüm qadını.
- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?
- Dostum Ruslan Rəhimova.
- …nəyi ölümlə dəyişərdiniz?
- Ölümlə dəyişəcək heç bir sərvətim yoxdur.
- …son dəqiqələrinizi necə keçirmək istəyərdiniz?
- Xəzərin sahilində üfüqü izləyərək…
- …o biri dünyada kimi görmək istəyərdiniz?
- Məhəmməd Əmin Rəsulzadəni.
- …kimi özünüzlə aparmaq istəyərdiniz?
- Axır-əvvəl hamı eyni yerə gedəcək. Kim yanıma gəlmək istəyərsə, gözləyərəm.
- Son kəlmələriniz nə olardı?
- Daha bir bahar yaşamaq üçün izn…
- Əzrayıla nə təklif edərdiniz?
- 50 illik məzuniyyət götürməsini.
- Son yazınızın adı nə olardı?
- Uçurumdan bozqıra.
- Allahı görsəydiniz, nə istəyərdiniz?
- Rusiyanın dağılmasını!