23 İyul 2014 21:14
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın tədqiqatçılarına məlum olan ən qədim musiqisi Suriyanın şimalındakı Uqarit şəhərində tapılıb.

Burada aparılan arxeoloji qazıntılar zamanı e.ə. 14-cü əsrə aid olan daş kitabələr tapılıb ki, onların da üzərində musiqi notlarına bənzəyən işarələr olub. Kaliforniya Universitetinin professor Anna Drafkorn bu nota bənzər işarələri 15 il araşdırıb və onların sirrini tapmağa nail olub.

Nəhayət əsrlər öncəsindən günümüzə qədər gəlib çıxan musiqi hazırda istifadə etdiyimiz notlara köçürülüb.

“Bir Hurri ilahisi” adlandırılan bu musiqi qədim insanların mədəniyyəti və zövqü haqqında çox söz deyir.

Tabloid.az


Müəllif: