Fransanın “La Gazzette Musicale” portalı (www.musicologie.org) və “Democrate Vernonnais” qəzeti Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Jiverni kamera musiqisi: İpək yolu üzərində” adlı festivalda iştirak etmiş Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadədən yazıb.
Teleqraf.com xəbər verir ki, məqalələrdə Azərbaycanlı bəstəkarın bioqrafiyası və yaradıcılığı haqqında məlumat verilib. Vernon meriyasında səsləndirilmiş “Muğam sayağı” əsərinin musiqisevərləri heyran etdiyi bildirilib.