“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Qazaxıstanda xeyriyyə konsertinə qatılacaq.
Teleqraf.com-un məlumatına görə, sənətçi bu haqda özü xəbər verib. O bildirib ki, tədbir oktyabrın 10-da baş tutacaq.
“Love for all” (“Hamı üçün sevgi”) adlı konsertin biletləri sentyabrın 3-dən satışa çıxarılacaq.
Gecədən əldə olunan gəlir xeyriyyə işlərinə sərf ediləcək.