Dövlət hesabına çəkilən filmlər arasında tamaşaçı potensialı olan filmlər olub: "Ondan yaxşı qardaş yox idi", "Axınla aşağı", "Yarımçıq xatirələr". Son çəkilənlərdən "Nar bağı" filminin ciddi tamaşaçı potensialı var. “Oskar”a təqdimetmə proseduru çərçivəsində film prokata çıxıb. Və əlahəzrət Nizami Kino Mərkəzi filmi cəmi bircə dəfə, saat 11.30-da seansa salıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış kinoprodüser Əli İsa Cabbarov deyib. O bildirib ki, filmi cəmi bircə dəfə seansa salmaq, özü də günorta vaxtı yayımlamaq absurddur:
“A kişi, istənilən ən gerizəkalı bir komediyanı ən azı bir həftə və gündə beş dəfə seansa salırsınız. Filmin baş qəhrəmanları ən azı seriallardan geniş tamaşaçı kütləsinə tanınmış filmlərdəndir. Film həm də sevgi əhvalatıdır. Mətbuatda da geniş işıqlandırılıb. İndi, ay "Nizami" kinoteatrı, siz nə ağılla filmi cəmi bircə dəfə seansa salmısınız? Dövlət büdcəsində dotasiyada oturub dövlət hesabına çəkilən filmlərlə qərəziniz var?”