Ukraynanın “Spiritual Seasons” (“Ruhani mövsümlər”) qrupu sentyabrın 28-də və 29-da Bakıda iki müxtəlif konsert proqramı ilə çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, qrupun ifasında şimal xalqlarının mahnıları və orta əsrlərin melodiyaları təqdim ediləcək.
Qrup müxtəlif eksperimentlərsonrası ərsəyə gələn, habelə Avropa folkloru və tarixi musiqi üslublarında yaratdığı xüsusi mahnılarını ifa edəcək.
Qeyd edək ki, bu qrup 1994-cü ildə yaradılıb. Qrupa Viktor Smirnov, Mixail Papuş, Anton Smirnov, Mariya Boquslavskaya, Yeqor Smirnov, Alla Kuşnır daxildir. Qrup Ukrayna, Rusiya, Qazaxıstan, Belarus, Litva, Latviya, Polşa, Moldova, Azərbaycan, Gürcüstan, Almaniya, Norveç, Türkiyə, Kipr, Malayziya və digər ölkələrdə tez-tez qastrollarda olur.
Daha çox folklor və tarixi mövzuları işləyən bu musiqi qrupu hər zaman tarixi məkanlarda verdikləri konsertlərlə və hətta tarixi geyimləri ilə diqqət çəkir.