5 Sentyabr 2017 17:27
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV və “Amedia Qrup”un birgə layihəsi olan “Top ulduzlar” realiti-şousu dünən teleaparıcı Azər Zahidin təqdimatında ilk efir gününü yaşayıb.

Teleqraf.com xəbər verir ki, Şamaxıda çəkilən realiti-şounun ilk buraxılışı böyük maraq doğurub.

Hər gün eyni vaxtda yayımlanacaq proqram dünən açılış konserti və iştirakçıların təqdimatı ilə ekranlara gəlib. Bu gündən etibarən isə hər gün bir komanda oyunla vidalaşacaq.

Realiti-şouda 2 nəfərdən ibarət 16 komanda qapalı stadionda futbol oynayacaq. Hər gün 4 komandanın oyunu, yəni 2 matç keçiriləcək. Bir komanda rəqib bildiyi digər komanda ilə görüşəcək. Hər gün bir uduzan komanda şounu tərk edəcək. Ən sonda 1 cütlük qalib olacaq.

Qeyd edək ki, Teleqraf.com verilişin informasiya dəstəkçisidir.


Müəllif: Könül