Bu yaxınlarda ermənilər tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhranın xatirəsinə həsr olunan “Faşn kids şou” adlı uşaq müsabiqəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, uşaqlar arasında keçirilən gözəllik müsabiqəsini rejissor Zöhrab Ağayev (Zorik) təşkil edib.
O bildirib ki, artıq bir neçə gündür məşqlər davam edir:
“Balaca balamızın xatirəsini yaşatmaq üçün bu cür addım atdım. Möhtəşəm bir müsabiqə təşkil edəcəyəm. “Faşn kids şou” bitdikdən sonra isə qalib olacaq uşaqlarla birlikdə Zəhranın məzarını ziyarət edib, ailəsinə baş çəkəcəyik.
Müsabiqəmizin finalı sentyabrın 9-da olacaq.
Müsabiqədə münsif qismində Təranə Səmədova, Kamil Zeynallı, Həsən Həsrətli, Nazənin, Natavan Həbibi, Kənan M.M. kimi ulduzlar yer alacaqlar. Digərlərinin adı isə sirr qalsın. Hər şey dürüst şəkildə keçiriləcək. Təranənin qızı Suel, Hüseyn Dəryanın oğlu Cahangir də iştirakçılar sırasındadırlar”.
"Uşaqlar gələcəyimizdir" şüarı altında keçirilən müsabiqədə birinci, ikinci və üçüncü yerin sahiblərinə qiymətli hədiyyələr veriləcək.