Yaxın günlərdə Lider TV ilə əməkdaşlığı dayandıran teleaparıcı Lamiyə Ələkbərqızıya İctimai TV-də vəzifə verilib.
İctimai TV-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Lamiyə Ələkbərqızı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Bədii, Əyləncə və Musiqi verilişləri departamentinə rəhbər təyin olunub.
Qeyd edək ki, bu vəzifəni daha əvvəl Xəyalə Əzizova yerinə yetirirdi.
Xatırladaq ki, Lamiyyə xanım bundan öncə Lider TV-də icraçı direktor vəzifəsini yerinə yetirib. O, eyni zamanda “Həyat tərzi” verilişinin aparıcısı kimi çalışıb.