12 Sentyabr 2017 13:06
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyində "26" kafesi ilə bağlı bu gün keçirilən iclası başa çatıb.

Bu barədə Teleqraf.com-a Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Xəyal Rza iclasın yekununda qəbul olunmuş qərarlarla bağlı rəsmi açıqlama yayılacağını deyib.

Xatırladaq ki, bir neçə gün öncə Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb.

Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib.

Kafenin 26 Bakı komissarının adını daşıdığı iddia olunub. Kafenin binası Azərbaycan Yazıçılar Birliyinin (AYB) balansındandır və qurum icarəyə verən tərəf kimi çıxış edib.

Daha sonra AYB ilə icarədar arasında 8 min manat məbləğində icarə müqaviləsi bağlandığı aşkarlanıb. Müqaviləyə AYB katibi Çingiz Abdullayev imza atıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər