"Ulduz müharibələri" kinosaqasının 2019-ci ilin mayında işıq üzü görəcək 9-cu hissəsinin rejissoru yenidən Cey Cey Abrams olacaq.
Teleqraf.com xarici KİV-nə istinadən verdiyi xəbərə görə, bu haqda Lucasfilm şirkətinə rəsmi məlumat yayıb.
C.C.Abrams "Ulduz müharibələri" kinoepopeyasının 2015-ci ildə ekranları çıxdığı yeddinci hissəsinin rejissoru və ssenaristi olub. O, həmçinin, 9-cu hissəsinin ssenarisini də yazacaq.
Qeyd edək ki, saqanın 8-ci hissəsi bu ilin dekabrında prokata çıxacaq.