Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı bəstəkar-müğənni, teleaparıcı Murad Arifdir.
-Yaxında öləcəyinizi bilsəydiniz:
-…son dəfə nə düşünərdiniz?
- Öləcəyimi.
- Hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?
-Tiflisə, ya da Florensiyaya gedib onların yerli mətbəxlərindən dadardım.
- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?
- Dəyərli hər şeyim ailəmindir.
- …son dəqiqələrinizi necə keçirmək istəyərdiniz?
- Hamı kimi.
- …o biri dünyada kimi görmək istəyərdiniz?
- Yaradanı...
- Allahı görsəydiniz nə istəyərdiniz?
- Rəhm.
-…kimi özünüzlə aparmaq istəyərdiniz?
- Zalımları.
- …son yalanı kimə danışardınız?
- ..?
- Son 3 kəlməniz nə olardı?
- Şükür, Şükür, Şükür...