Dünən İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş vermiş dava ilə bağlı hazırda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları araşdırma aparır.
Bunu Teleqraf.com-a teatrın direktoru İftixar Piriyev deyib.
Direktor qeyd edib ki, dünən teatrdan 1-2 nəfər əsassız, yalan məlumat yayıb: “Hazırda nazirliyin əməkdaşları araşdırma aparır. Nəticəsini sonra sizə deyəcəm”.
Qeyd edək ki, dünən İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor Elçin Hacılı və texniki işilər arasında dava düşüb. Elçin Hacılı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.