Şərq döyüş filmlərinin ustadı Brüs Li haqqında ölümündən sonra müxtəlif əfsanələr yarandı. Bu, indi də davam edir.
Teleqraf.com bildirir ki, ustad döyüşçü və kinoaktyorla bağlı çəkilən növbəti sənədli filmdə bilmədiyimiz maraqlı faktlar ortaya çıxıb.
Sən demə, bu gün filmlərini sevə-sevə izlədiyimiz Ceki Çan gənclik illərində Brüs Li ilə bir filmdə tərəf müqabili olub.
Ceki Çan “Əjdahanın qalası” filmində kadrarxası baş verənləri belə nəql edir.
“Bu mənimçün ən gözəl xatirədir. Hələ gənc ikən “Əjdahanın qalası” filmində aldığım rola uyğun olaraq Brus Liyə hücum etməliydim. Deməli, kamera arxasında dayanıb onu izləyirəm. O da səhnədə vuruşur. Sonra mən ssenariyə görə kadra girirəm və Brus Linin üstünə tullanıram. Elə bu an yaxşı bir zərbə aldım. Həmin andaca gözlərim qaraldı. Başımın sol tərəfindən çubuq dəydi. Hər kəs öz rolunu oynayırdı. Bu bir qəza idi. Mənim zədələndiyimi görən rejissor cəld çəkilişi dayandırdı. Brüs yanıma qaçdı dərhal. “Aman tanrım... Üzr istəyirəm, üzr istəyirəm”, - deyib, məni yerdən qaldırdı. Əslində, ciddi zədə almamışdım. Çox gənc idim o zamanlar. Amma özümü elə göstərirdim ki, guya möhkəm ağrıyıram. Çünki onun yanında olduğum üçün həyəcanlı və xoşbəxt idim. Sonra bütün günü vəziyyətimlə maraqlandı, ara-sıra mənə baş çəkdi. Bu, ən gözəl anlar idi əslində...”
Əfsanəvi Brüs Li döyüş sənəti ustası, ölümsüz insan...
Onun ölümü ilə bağlı bir çox təxminlər irəli sürülüb. Sənədlərdə göstərilən rəsmi ölüm səbəbi isə başağrısı üçün içdiyi dərmanın allergik yan təsiri oldu. Ancaq əsil səbəb doğurdan da bu idimi?
Brüs Li 29 noyabr 1940-cı ildə San-Fransiskoda doğulan çinlidir. İlk dəfə üç aylığında bir filmə çəkiblər. Daha sonra bir çox filmdə rol alıb. 19 yaşında Kunq-Fu ilə maraqlanmağa başlayıb. Müəllimi İp Mandan döyüş dərsləri alıb. İdmana və döyüşə marağı onu küçə davalarının mərkəzinə sürükləyib. Buna görə də dəfələrlə polislərlə problemi olub. Dava-dalaşları onu bəzi sıxıntılara saldığı üçün Amerikaya ailə dostlarının yanına getmək məcburiyyətində qalıb. Vaşinqton universitetində fəlsəfə üzrə oxuyub.
Televiziyada dəvət aldığı bir proqramda bu insanın özünü hərtərəfli tərbiyə etdiyini görürük.
Aparıcı ona fəlsəfə ilə bağlı nəsə xatırladır. Bir filmdə dediyi ifadələri təkrarlayır:
“Dedim ki, zehnini boşalt, ölçüsüz ol, şəkilsiz ol, su kimi. Suyu bardağa töksək, bardaq olur. Dəm çaydanına töksək, dəm çaydanı. Su həm axa bilir, həm də gurlayır. Su ol, dostum! Bunun kimi, anlaya bilirsənmi?”
O, özünütəlimlə ağlın və bacarığın birləşdiyi bir insan idi. Amerikada filmdə rol almaq istəsə də, bir çinlini baş rola çəkmək istəmirdilər. Film kastinqlərinə də qatılıb bacarığın göstərsə də, istəyinə nail ola bilməyib. Çinə qayıdar-qayıtmaz bir çox filmdə rol aldı. Müəllimi İp Mandan aldığı vin-çun dərsləri sayəsində daha da mükəmməlləşdi.
Ölümü ilə bağlı sənədləşməyə görə, film çəkilişi üçün iclasa getdiyi bir evdə başı ağrıyır və qəbul etdiyi ağrıkəsicidən sonra dünyasını dəyişir. Bir çox insan buna anlam verə bilməsə də, bu, sıradan bir ölüm deyildi.
Özünün də dediyi kimi: “Əgər qarşında silahlı biri varsa, yaxşı döyüşmək önəmli deyil. Bu günlərdə küçədə gəzə bilməzsən. İnsanlar döyülür, təpik altda, yumruq altda qalırlar. Bunu edənlərə qarşı çıxarsansa, silahlar işə düşür. Döyüşdə nə qədər mükəmməl olursan ol, bəs etməz”.
Bəlkə də dediyi kimi olmuşdu...Triatlar Çinin ən böyük mafiyalarından biri idi.
Günümüzdə də varlıqlarını qoruyurlar. Bütün sahələrdə yer alaraq pul üçün edə bilməyəcəkləri heç nə yoxdur. Ehtimala görə, Brüs Li də nə cürsə onların qurbanı olub. Onun şöhrətini görən triatlar ondan xərac və bəzi istəklər tələb etdilər. Brüs özgüvəni və sağlam əqidəsi ilə onlarla qarşı-qarşıya gəlib qəbul etmədi. Bu məsələdə onları tanıyan bir şahidin anlatdıqları olduqca maraqlıdır:
“Deyəsən triatlar Brüs Liyə bir neçə dəfə yaxınlaşmağa cəhd etdilər. Psixoloji təzyiqlərlə yanaşı, fiziki hücumlar da olmuşdu. Hətta, yanılmıramsa, ölüm hədələri də alırdı”.
Ustad döyüşçü Amerika ilə ortaq çəkdiyi “Əjdaha qalası” filmi ilə triatları daha da qəzəbləndirmişdi. Çünki nə xərac verirdi, nə də şantajları qəbul edirdi. Uğurları və pul da gündən-günə çoxalırdı. Qəzəbli triatlar üçün tək yol qalmışdı. Onu öldürmək...
O, “Ölüm oyunu” adlı yeni film üzərində işləyirdi. Film üçün Beti adlı amerikalı aktrisa seçilmişdi. Brüs Li Remi Çao ilə birlikdə film haqqında danışıqlar üçün Betinin evinə getmişdi. Bir az söhbətdən sonra axşam təşkil edilmiş ziyafətə gedəcəkdilər. Ancaq bir qədər sonra Remi Çao getdi. Bir qədər sonra isə Brüs Linin başı ağrımağa başladı. Baş ağrısına qarşı bir ağrıkəsici içib yatağa uzanır. Beti onu oyandırmağa gələndə Brüs Li ayılmır. Remi Çao ziyafətə gəlib-gəlməyəcəklərini soruşmaq üçün zəng edəndə Beti baş verənləri ona danışır. Maraqlıdır ki, geri qayıdan Remi təcili yardıma ehtiyac olmadığını deyir. Betinin həkimini çağırırlar. Gələn həkim Brüs Lini müayinə etdikdən sonra onun öldüyünü deyir və bir saat sonra təcili yardıma məlumat verilir. Daha sonra tibbi ekspertiza qəza nəticəsində ölüm qərarı verir.
Şübhəli deyilmi?
Reallıq budur ki, bu əhvalatda Beti günahsızdır. Hər şey dəqiqliklə quraşdırılmışdı. Brüs Liyə verilən dərman çox təsirli idi. Beyin damarlarında daralmaya səbəb olmuşdu. Dəvət olunan həkim bütün dəlilləri çox incəliklə yox etmişdi. Beləliklə də, Brüsün ölümü əcəl olaraq qəbul etdirildi. Çin mafiyası olan triatlar ondan bu şəkildə qisaslarını almışdılar. Düzdür, bu da bir ehtimaldır, amma gerçəyə ən yaxın ehtimal.
Maraqlıdır ki, Brüs Linin tək oğlu Brəndn Li də triatların qurbanı oldu. Triatlar atası kimi Brəndin də dayanmadan uğurlar qazandığını və onlara problem yaşadacağını güman edirdilər. Bekləliklə, ona da kin bəsləməyə başladılar. Brənd Li ilk böyük ekran əsərində - “Ölümsüz sevgi”də qəza nəticəsində silahdan açılan atəşlə qanaxmadan həyatını itirdi.
Filimdə görüntü real olsun deyə, həqiq tapança və güllədən istifadə edilirdi. Lakin mərmilərin barıtı boşaldılmışdı. Amma nədənsə güllələrdən birinin barıtı tam boşalmadığı üçün Brəndi öldürmüşdü.
Sizcə, bu, nə dərəcədə təsadüf ola bilər?