Mənə bilirsiniz nə qəribə gəlir? Ömründə bir kitab oxumayan, Quranı bircə dəfə açıb orda nə yazıldığını bilmək istəməyən cahillər sürüsünün islamı bu cür canfəşanlıqla müdafiə eləməyi. Yəni Allah o qədər gücsüzdür ki, ondan xəbəri olmayanların müdafiəsinə ehtiyacı olsun?!
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə şair Rüstəm Behrudi yazıb.
O, insanın Tanrını eşitməsini şizofreniya əlaməti kimi qiymətləndirib: “Dünyada ən böyük azadlıq düşüncə azadlığıdır. İman gətirmək bir şeyi qəlbinlə təsdiqləməkdir!
Kim qəlbi ilə nəyi təsdiqləyirsə, onun Tanrısı da, Allahı da, məbədi də odur. Adamlara zorla nəyisə qəbul etdirmək olar, iman gətirməyi əsla!
Yüz dua qıl, əyil anda,
Duyacaqsan lap son anda,
Sən Tanrının dərgahında
Öz içindən gələn səsi.
Göydən gələn heç nə yoxdu dünyada! İnsandan başqa!
İnsanın Tanrı ilə söhbəti ibadət, Tanrının insanla söhbəti şizofreniya əlamətidir!”