28 Sentyabr 2017 19:10
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk aktyoru Xalid Ərgənc 200 yəhudini faşistlərdən xilas edən diplomat Səlahəddin Ülkümənin həyatından bəhs edən filmdə baş rolda çəkiləcək.

Teleqraf.com xəbər verir ki, İkinci Dünya müharibəsi illərində faşist Almaniyası tərəfindən işğal olunmuş yunan adası Rodosdan Osvensimə aparılan 200-ə yaxın yəhudi türk diplomatı S.Ülkümənin səyləri nəticəsində xilas olunub. Bu tarixçə “Visa for Life” (“Həyat üçün viza”) filminin əsasında dayanır. Filmin 2018-ci ilin martında ekranlara çıxacağı gözlənilir.

“Digital Arts” prodüser kompaniyası Ülkümən ailəsindən eksklüziv çəkiliş hüququ alıb, filmin çəkilişini və yayımını “Paramount Pictures” kinokompaniyasının köməkliyi ilə həyata keçirəcək.

Filmin rejissoru Can Ülkay jurnalistlərə açıqlamasında baş rolda çəkilməklə bağlı X.Ərgənclə razılaşma əldə etdiklərini bildirib. Bundan əlavə, ingilisdilli filmdə Hollivud ulduzu Harri Oldmen də çəkiləcək. Ona digər baş qəhrəman – alman generalı rolunda çəkilmək təklif olunacaq.

Filmin prodüseri Mustafa Üslü əmindir ki, ekran işinin 2019-cu ildə “Oskar” almağa şansı az deyil.


Müəllif: Səxavət

Oxşar xəbərlər