Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun beynəlaxalq festivallarda iştirakı davam edir.
Teleqraf.com xəbər verir ki, Fransanın “Oriak” festivalından yenicə qayıdan teatr daha bir festivala dəvət alıb.
ADO 1-8 oktyabrda Gürcüstanda “Festi Nova” festivalında iştirak edəcək. Teatr festivala 7 nəfərlik heyətlə qatılacaq və “Hamam”, “Qadın səsi” performanslarını nümayiş etdirəcək.
Oktyabrın 4-də Tbilisidə ADO haqda çəkilmiş sənədli filmin nümayişi də olacaq.
Sentyabrın 30-da isə ADO Bakıda “Bakool Arts” festivalında çıxış edəcək.
Qeyd edək ki, ADO Tbilisiyə getməmişdən öncə Bakıda son nümayişlərini də planlayıb. Sentyabrın 28-də “Yağış, yağış, yağış” adlı tamaşasını, oktyabrın 1-də isə “GOTT və ya Cənnətin işğalı” adlı tamaşasını nümayiş etdirəcək.