6 Oktyabr 2017 15:06
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“National Geographic” kanalı Bakı haqqında xüsusi film çəkib.

Teleqraf.com xəbər verir ki, “Dünyanın kəşf olunmamış şəhərləri – Bakı” adlı film Bakı vaxtı ilə bu gün saat 15:50-də yayımlanacaq. Filmin təkrarı isə oktyabrın 7-də saat 21:15-də efirə veriləcək.

Qeyd edək ki, “National Geographic Channel” (yaxud Nat Geo, National Geographic) amerikan telekanalıdır. Kanalda ABŞ Milli Coğrafiya Cəmiyyətinin istehsal etdiyi elmi-populyar filmlər nümayiş olunur. Kanal sənədli filmlər yayımlayır, filmlər əsasən elm, təbiət, mədəniyyət və tarixlə bağlı olur.

Hazırda telekanalın siqnalı dünyanın 171 ölkəsində 38 dildə, o cümlədən rus dilində mövcuddur. Telekanalın ümumi auditoriyası bütün dünya üzrə 440 milyon ev təsərrüfatıdır. Kanalın Rusiyadakı abonentlərinin sayı 12 milyondur. Kanal həmçinin, HD yüksək dəqiqlik formatında fəaliyyət göstərir. Telekanalın Rusiya və MDB ölkələrində rəsmi distribütoru “Telko Media” kompaniyasıdır.

Filmin anonsunu təqdim edirik.


Müəllif: Səxavət