10 Oktyabr 2017 01:56
2 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” realiti şousunun yubiley buraxılışının ilk səsvermə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, “Xanımlar vs Cənablar” devizi ilə yayımlanan yarışmanın birinci günündə ən çox şəkli atılan iştirakçı əməkdar artist Mehriban Xanlarova olub.

Ehtiraslı çıxışları ilə seçilən sənətçi “Burada onuncu kişi mənəm” deyərək, qutuya öz fotosunun atılmağını xahiş edib:

“Mən kişilərə təklif etdim ki, gəlin biriniz səsverməyə çıxın. Onlardan səs çıxmadı, mən “kişi” çıxdım”.

M.Xanlarova açıq mübarizə nümayiş etdirərək, doqquz kişiyə qarşı yarışıb. Əməkdar artist həmcinslərindən dəstək istəməyib.

Veriliş boyunca Mehriban Xanlarova və Vüqar Muradov arasında söz deyişməsi yaşanıb. Xanlarova iddia edib ki, Vüqar ona “Məni çıxarsan, başına 130 kiloluq daş düşsün” deyib.

Şou zamanı Vüsalə Kərimovanın əlini maşından götürməsi ilə bağlı iddialar səslənsə də, kameralara baxış zamanı belə bir hadisənin baş vermədiyi üzə çıxıb.

Sonda Əməkdar artist “qalsın”a 52,72 faiz səs toplayaraq, yarışmadan müğənni Vüqar Muradovu kənarlaşdırıb.

Qeyd edək ki, “Maşın” realiti şousunun 15-ci mövsümündə yarışmada qalanlar Xalq artisti Arif Quliyev, Əməkdar artistlər Tünzalə Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Günel Ələkbərova, Rauf Əhmədov, Talıb Taleh, Nazim Pişyari, aparıcılar Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçılar Samirə Yusifqızı, Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu və aktyor İlkin Misgərlidir.

Realiti şou hər gün 22.15-də ATV-də yayımlanır. (Publika.az)


Müəllif: Teleqraf.com