3 Noyabr 2017 13:28
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məqəsədimiz “İkinci Pərdə” filminin “Pərdə” qədər baxımlı olmasına nail olmaqdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış kinoprodüser Orxan Mərdan bildirib.

O, tamaşaçıların “İkinci Pərdə”ni də bəyənəcəklərinə ümid edir: “Bizim filmmizdən sonra komediya janrı vüsət aldığı kimi, dram janrını da tamaşaçılara sevdirə biləcəyik. “İkinci pərdə” texniki olaraq dünya standartlarına tam cavab verir. Filmin visual görünüşü və səsi yüksək keyfiyyətlidir. Təbii ki, birinci filmdən fərqli olaraq bu filmin keyfiyyəti bir pillə yuxarıdır. Filmin büdcəsini gizlin saxlamaq istəyirəm. Sadəcə, onu deyim ki, komediya filmlırinin büdcəsindən azdır”.

Qeyd edək ki, “İkinci pərdə” filminin premyerası noyabrın 16-da keçiriləcək.

Filmin rejissoru Emil Quliyev, prodüseri isə Orxan Mərdandır. Baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov, Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd çəkilib.

Teleqraf.com “İkinci pərdə”nin informasiya dəstəyçisidir.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər