Yazıçı Çingiz Abdullayev sosial şəbəkədə diqqətçəkən şərh paylaşıb.
O qeyd edib ki, bəzi insanlar onun adına saxta profillər açaraq axmaq şərhlər yazır və müzakirələr açırlar. Eləcə də onun adından müxtəlif qadınlarla danışırlar: “Əziz oxucular! Mənim adımdan axmaq müzakirələr açır və müxtəlif fikirlər səsləndirirlər. Nəzərə alın ki, Çingiz Abdullayevin şəkli olan profillərin hamısı mənə aid deyil. Onlardan birinin 30 min, digərinin isə 93 min izləyicisi var. Bunların hamısı “feyk”dir. Əsl Çingiz Abdullayev indi sizinlə danışandır. Xahiş edirəm, bunu nəzərə alın! Hələ mənim adımdam yüz dolab çevirən yerli axmaqları demirəm. Ən əsası isə odur ki, onlar mənim adımla qadınlarla tanış olurlar! Əgər belələrindən kimsə sizinlə tanış olmaq istəsə, qoy öncə köməkçisi və ya katibəsinin nömrəsini versin.
Əziz xanımlar! Mənə olan gözəl münasibətinizə görə sizə minnətdaram. Amma dolandırıcıların sizi aldatmasına imkan verməyin!”