25 Aprel 2014 12:54
2 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amaliya Pənahovanın rəhbəri olduğu Bakı Bələdiyyə Teatrı İbrus Teatrında məskunlaşıb.

Bunu Teleqraf.com-a açıqlamasında teatrın aktrisası Zülfiyyə Qurbanova deyib. Onun sözlərinə görə, uzun müddətdir ki, “Dostluq” kinoteatrında məskunlaşan teatrın vəziyyəti çox acınacaqlı olub:

“Sözün açığı, “Dostluq”da vəziyyətimiz çox pis idi, aktyorlarımız məşq zamanı tez-tez xəstələnirdi, otaqlarda rütubət, şəraitsizlik baş alıb gedirdi. Hətta buna görə bir müddət məşqlərimizi dayandırmışdıq. Hazırda İbrus Teatrındayıq. Orda məşqlərimizi yenə bərpa etmişik, yeni tamaşa da hazırlayırıq. Tamaşanın rejissoru Oruc Qurbanovdur. Tamaşalarımızı isə əsasən regionlara səfər edən zaman oynayırıq”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər