13 Noyabr 2017 17:14
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından I Şah İsmayıl Xətai və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar edib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xətainin Ankara Milli Kitabxanasındakı Əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb.

Onun çap olunmuş bəzi şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər var. Şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır.

Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə əsaslandırır.

Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilib.

Beləliklə, I Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam ediblər.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər