Azərbaycanlı model İqo Hüseynov hazırda Fransanın paytaxtı Parisdə keçirilən "Best Model of the World" 2017 beynəlxalq müsabiqədə qonşu ölkə Rusiyanı təmsil edir.
Teleqraf.com xəbər verir ki, bu haqda rəsmi məlumatı layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev verib: “Həmyerlimizin uşağlığı Rusiyanın Sankt-Peterburq şəhərində keçib və hazırda o, Moskva və İstanbulda çox məşhur şirkətlərlə məkdaşlıq edir. Onlar arasında “Mid Wood” kimi böyük film sektoruda var."
Qeyd edək ki, İqo "Ferrari", "Puma", "Mercedes", "Lisa Vita" və digər dünyaca məşhur brendlərin reklam çəkilişlərində iştirak edib.