15 Dekabr 2017 14:27
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kulis.azın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi İslam Əməkdaşlığı Təşkilatının keçirdiyi Birinci Qısa hekayə müsabiqəsində qalib olaraq, üç nəfərdən ibarət finalçılar arasına düşüb.

Teleqraf.com-un məlumatına görə, qaliblərin mükafatlandırılması dekabrın 19-da İranın Şiraz şəhərində baş tutacaq.

Müsabiqənin məqsədi İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv olan ölkələrdəki gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.

Finalçıların hansının neçənci yer tutduğu mükafatlandırılma mərasimində açıqlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər