17 Dekabr 2017 17:05
8 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın əməkdar artisti, Özbəkistan gənclərinin və dünyanın bir çox ölkələrinin sevimlisi olan Uluqbek Rahmatullayev azərbaycanlı meyxana ustası Tərlan Novxanı ilə birgə oxuduğu mahnı böyük həyəcanla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Uluqbek Rahmatullayev meyxana ustasının “Məni sevmir o gözəl yar” mahnısını ifa etdikdən sonra Tərlan Novxanını Özbəkistana dəvət edib.

Tərlan Novxanı isə dəvəti qəbul edərək əməkdar artistlə eyni səhnəni bölüşüb.

Daşkənddə baş tutan konsertdə iki sənətçinin dueti böyük maraqla qarşılanıb.

Konsertdən möhtəşəm görüntüləri sizə təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər