2017-ci il də sənət aləmi üçün itkisiz ötüşmədi.
Teleqraf.com 2017-ci ildə dünyasını dəyişən sənət adamlarıyla bağlı məlumatları təqdim edir:
Gənc yazıçı-publisist Mövlud Mövlud mart ayında dünyasını dəyişib. O, özünü hündürmərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Doğulduğu Qazax rayonunda torpağa tapşırılıb.
***
Rejissor Şahin Zəkizadə bu ilin fevral ayında xərçəng xəstəliyindən dünyasını dəyişib. Yeni Yasamal qəbiristanlığında dəfn olunub.
***
Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artisti Kübra Dadaşova da fevral ayında vəfat edib. O, şəkər xəstəliyindən əziyyət çəkirdi.
***
Sentyabr ayında Azərbaycanın əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişib. Onu Qazax rayonunda dəfn ediblər.
***
Tanınmış meyxanaçı Bayram Kürdəxanılını isə toy mərasimindən evə qayıdarkən maşın vurub. Xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
***
Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti, xanəndə Qəndab Quliyeva iyun ayında vəfat edib. Binə kənd qəbirstanlığında dəf olunub.
***
Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. R.Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
***
Tanınmış jurnalist Natiq Qədimov isə infarktdan dünyasını dəyişib. O, ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə APA TV olub. Mərhum Maştağa qəbristanlığında torpağa tapşırılıb.