22 Dekabr 2017 14:44
1 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 dekabr saat 17.00-da ilk dəfə olaraq “Müasir Azərbaycan animasiyası” adlı konfrans keçiriləcək.

Teleqraf.com xəbər verir ki, konfransda animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları və kinoşünaslar Azərbaycanda milli animasiyanın bu günkü vəziyyətini müzakirə edəcəklər. Konfrans çərçivəsində bu sənətin ölkədə gələcək inkişafının vacib məsələlərindən danışılacaq.

Çalışıb “Uşaqlarımızın öz ana dilində milli animasiyalarımızı izləməsi üçün hansı addımları atmaq lazımdır” kimi suallara cavab verəcəyik. Həmçinin bir neçə animasiya filmlərinin təqdimatı da olacaq. Konfransda ilk dəfə olaraq “Azərbaycan animasiyası” adlı unikal bir kitab layihəsinin də təqdimatı olacaq”.

Qeyd edək ki, konfrans Azərbaycan dövlət mədəniyyət və incəsənət universitetinin dəstəyi ilə “OLIEL Company” çex şirkəti tərəfindən təşkil olunub. Konfransa Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri də dəvət olunub.

KİV nümayəndələri konfransa dəvətlidir. Jurnalistləri üçün akreditasiya rashid.aghamali@gmail.com mail adresindən təsdiqlənir.

Konfrans Azərbaycan dövlət mədəniyyət və incəsənət universitetində keçiriləcək.

Ünvan: İnşaatçılar prospekti, 39


Müəllif: Xəzər