26 Dekabr 2017 11:25
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutub kanallarının birində insanların reaksiyasını yoxlamaq üçün türkiyəli vətəndaşlara Azərbaycan mahnıları dinlədilib.

İlk Miri Yusifin səsinə qulaq asan gənclər onu dünya şöhrətli müğənni Pitbula bənzədiblər. Daha sonra Elvinanın “Bakı” mahnısını dinləyənlər mahnının axıcı və qərb tərzində olduğunu bildirib. Əməkdar artist Röya Ayxan və Miri Yusifin duetini eşidən gənclər “Röyanı çox bəyənirəm, Miri Yusif də yeni bəbəyimdir”, “Yusifin olduğu bütün mahnıları sevirəm” kimi rəylər səsləndiriblər. Son olaraq Zamiqin “Kaman” mahnısına qulaq asan gənclər “Abi, yaralı, çox pis tərk edilib”, “Eşqə gəldim”, “Dərdin varsa, rakı masasında dinləmək olar” deyə fikirlərini söyləyiblər./Publika.az/

Sözügedən videonu təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər