ABŞ-da yayımlanan “Game of Thrones” (“Taxtların oyunu”) serialının 7-ci mövsümü davam edir.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu il ərzində serialın bölmələri milyard dəfə icazəsiz yüklənib.
İngiltərənin “Muso” adlı texnologiya şirkətinin araşdırması nəticəsində məlum olub ki, icazəsiz və müəllif hüquqları pozulmaqla film internetdən milyard dəfədən çox yüklənib.
Serialın birinci bölümünün yayımından cəmi 72 saat sonra 90 milyon dəfə, serialın final bölməsi isə 120 milyon dəfə yüklənib.
Araşdırma çərçivəsində filmi yalnız 31 milyon insanın leqal şəkildə yüklədiyi məlum olub. 2017-ci ildə serialın yayımlandığı HBO kanalına kiberhücum edənləri 10 il cəza gözləyir.