3 Yanvar 2018 09:17
2 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı rəssam Robert Dunkan kənd həyatı ilə bağlı rəsmləri ilə məşhurdur.

Teleqraf.com xəbər verir ki, onun kənd mövzulu bu rəsmləri o qədər qeyri-adi, hardasa fantastik dərəcədə xoşbəxtlik işığıyla doludur ki, bir ömür boyu onlara heyranlıqla baxa bilərsən.

Qeyd edək ki, Robert Dunkan ilk dəfə kəndə 11 yaşında atasıyla birgə Vayominq ştatında yaşayan dədə-nənəsinin yanına gedib. Ondan sonrakı yay tətillərini də onların yanında keçirib. Bu gün də hafizəsində qalan o nağılvarı mənzərələri kətana köçürsə də, xatirələr bitib tükənmir və insanları da öz işığıyla xoşbəxt edir.

Onun qış mövzulu bəzi rəsmlərini təqdim edir və bu yeni il günlərində yerinə düşəcəyini düşünürük.


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər