08:41
Aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlu bu gün səhər saat 6 radələrində dünyasını dəyişib.
Bu barədə Teleqraf.com-a aşığın yaxınları məlumat veriblər.
Bütün səylərə baxmayaraq, 2 gündür reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.
Xatırladaq ki, Aşıq Vüqar Mahmudoğlu ifarkt keçirib.
Qalanları sağ olsun!
***
09:45
Yaxınlarının verdiyi məlumata görə, Aşıq Vüqar Mahmudoğlu doğma yurdunda - Qobustan rayonunun Şıxzahırlı kəndində dəfn ediləcək.
Vüqar Mahmudoğlu Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayırdı.
***
Aşıq Vüqarın cənazəsi Qobustan rayonunun Şıxzahırlı kəndinə aparılıb.
Mərhumu Müşfiqabaddakı evindən sənət dostları saz musiqisinin sədaları altında çıxarıblar.
Aşıq Vüqar doğulduğu Şıxzahırlı kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.
***
Aşıq sənətinin tanınmış nümayəndələrindən olan Aşıq Vüqar Mahmudoğlu doğulduğu Şıxzahırlı kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, mərhumun yas mərasimi Müşfiqabad qəsəbəsində keçiriləcək. Üç mərasimi yanvarın 12-də olacaq.