22 Yanvar 2018 17:42
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Opera və vokal ifaçısı Oya Ergün Türkiyənin məhşur “Sinemanın kral və kraliçası” yarışmasının Azərbaycandakı seçimlərində çıxış edib.

Teleqraf.com xəbər verir ki, ifaçı qonaqlara xoş anlar yaşadıb. O, yarışmada sevilən mahnılarını oxuyub.

Yarışda münsif heyətində Atilla Kalplakarslan, Solaker, Arif İşık, Ceren Kalplakarslan, Tamer Karadağlı, Osman Avnı Kütükoğlu, Vilma Elles, Arif Kerem Göğüş, Salih Güney, köşə yazarı Caner Burdak, Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid, aktrisa Məlahət Abbasova və modelyer Gülnarə Xəlilova yer alıb.

Onlar Azərbaycanın kral və kraliçasını seçiblər.

İştirakçılardan “Miss Union-2017” Beynalxalq gözəllik müsabiqəsinin qalibi Səhər Əkbər və Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi Pərviz Musayev qalib seçilib.

Gənclər Türkiyə filmlərində rol alacaqlar.


Müəllif: Sara

Oxşar xəbərlər