25 Yanvar 2018 16:08
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Böyükxanım Əliyevanın vəziyyəti normaldır.

Bu sözləri Teleqraf.com-a xalq artistinin kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib.

Onun sözlərinə görə, aktrisanın ağciyərləri bu gün səhər yoxlanıb: “Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasının intensiv terapiya-reanimasiya şöbəsindən kardioloji şöbənin palatasına köçürülüb. Xəstəxanadan nə vaxt çıxacağı hələ bilinmir. Müalicələr davam etdirilir”.

Qeyd edək ki, aktrisa yanvarın 17-si səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb.

Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər